Aclıq təhlükəsi ilə üzləşən sudanlıların sayı 19,1 milyona yüksəlib
Aprelin ortalarından bəri aclıq təhlükəsi ilə üzləşən sudanlıların sayı 11,7 milyondan 19,1 milyona yüksəlib.
“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib.
O, müharibə edən tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb.
“Münaqişə ən çox aclıq riski altında olan insanların sayını kəskin şəkildə artırıb. Əhalinin səhiyyəyə ehtiyacı yüksəkdir, səhiyyə xidmətlərinə çıxış çox çətin olaraq qalır və münaqişənin yaratdığı şərait epidemiyaların yayılması səbəbindən ölüm riskini artırır", - baş direktor deyib.