Aİ uran tədarükündə heç bir risk görmür

Avropa Birliyi Nigerin uran ixracatını dayandırmasının tədarük riski yaratmayacağını açıqlayıb.
Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Adalbert Jahnz Brüsseldə keçirilən gündəlik mətbuat konfransında dünyanın ən böyük uran tədarükçülərindən biri olan Nigerdə 26 iyul hərbi çevrilişindən sonra Fransaya uran ixracının dayandırılması ilə bağlı açıqlamalar verib.
"Aİ üçün uran tədarükü riski yoxdur. Aİ qurumlarında qısamüddətli tədarük risklərini azaltmaq üçün kifayət qədər uran ehtiyatı var" - deyən Jahnz bildirib ki, dünya bazarında Aİ-nin orta və uzunmüddətli perspektivdə ehtiyaclarını ödəmək üçün kifayət qədər uran var.
Nigerin AB üçün əhəmiyyətli təbii uran tədarükçüsü olduğunu xatırladan sözçü bu uranın yanacaq kimi istifadə edilməsi üçün zənginləşdirilməsinə ehtiyac olduğunu vurğulayıb.