Kanada Ukraynaya "Senator" zirehli maşınları verib

Ukrayna Silahlı Qüvvələri (AFU) Kanada tərəfindən təhvil verilmiş "Senator" zirehli maşınlarını qəbul edib.
"Klymenko Time" Telegram kanalının məlumatına görə, bunu ölkənin Müdafiə Nazirliyinin rəhbəri Aleksey Reznikov deyib.
“Bu zirehli maşınlar qoşunlarımızı döyüş tapşırıqlarında qorumağa kömək edir. Onlar minlərlə əsgərimizin həyatını xilas edəcəklər”, - deyə o, qeyd edib.