Kim Çen In Koreya yarımadası yaxınlığındakı sularda nüvə müharibəsi ilə təhdid edib


ABŞ, Yaponiya və Cənubi Koreyanın qarşıdurma hərəkətləri Koreya yarımadası ətrafındakı regionda sabitliyi pozur və dəniz də daxil olmaqla nüvə müharibəsi riskini artırır.


Bunu KXDR lideri Kim Çen In Koreya Xalq Ordusunun Hərbi Dəniz Qüvvələri komandanlığına səfəri zamanı deyib.

"Bir müddət əvvəl ABŞ, Yaponiya və Cənubi Koreyadan olan dəstə rəhbərləri bir araya gələrək müxtəlif birgə hərbi təlimlər keçirəcəklərini bəyan etdilər və onları həyata keçirməyə başladılar. Düşmən qüvvələrin, o cümlədən ABŞ-ın ehtiyatsız qarşıdurma manevrləri səbəbindən Koreya yarımadasının ətrafındakı sular hazırda dünyanın ən böyük hərbi texnika cəmləşdiyi əraziyə və nüvə müharibəsi riski olan ən qeyri-sabit su ərazisinə çevrilib", - deyə Koreya Mərkəzi Xəbər Agentliyi onun çıxışından sitat gətirib.

"Mövcud vəziyyət bizim Hərbi Dəniz Qüvvələrimizdən daimi döyüş hazırlığını, gözlənilməz hallar yaranarsa, düşmənin müharibə əzmini qırmağa hazır olması üçün bütün səyləri göstərməyi tələb edir", - KXDR lideri əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu