"Toshiba" 74 illik birja tarixinə son qoymağa hazırlaşır
Yaponiyanın ən qədim və ən böyük şirkətlərindən biri olan "Toshiba" bir qrup investorun səhmlərinin əksəriyyətini satın alması ilə 74 illik birja tarixinə son qoymağa hazırlaşır.
Şirkət xüsusi kapital firması "Japan Industrial Partners" (JIP) tərəfindən idarə olunan konsorsiumun səhmlərinin 78,65 faizini satın aldığını açıqlayıb.
Firmanın üçdə ikisindən çoxuna sahib olmaq qrupa özəl olaraq 14 milyard dollarlıq müqavilə bağlamağa imkan verir.
Şirkətin kökləri saatlar və mexaniki kuklalar istehsalçısı kimi 1875-ci ilə gedib çıxır.
Müqaviləyə əsasən, onun səhmləri bu ilin sonunda birjadan delistinq oluna bilər.
"Toshiba"nın baş icraçı direktoru Taro Şimada verdiyi açıqlamada şirkətin yeni səhmdarla yeni gələcəyə doğru böyük bir addım atacağını deyib.
"Toshiba"nın səhmləri 1949-cu ilin mayında Tokio Fond Birjasının yenidən açılması ilə ticarətə başlayıb.
Onun bölmələri məişət elektronikasından nüvə elektrik stansiyalarına qədərdir və o, İkinci Dünya Müharibəsindən sonrakı onilliklərdə ölkənin iqtisadiyyatının bərpası və yüksək texnologiya sənayesinin simvoluna çevrilib.