"Toshiba"ya 17 milyard dollarlıq təklif


Dünyanın böyük texnologiya şirkətlərindən biri olan "Toshiba" özəl kapital idarəetmə firması "Japan Industrial Partners"dən 15 milyard dollarlıq alış təklifini qəbul edib.


Təklif "Toshiba"nın son satış müqaviləsindən 9,7 faiz yüksək qiymətləndirilib. Qeyd edək ki, "Japan Industrial Partners" şirkətə yaddaş çipləri bölməsini 1.9 trilyon yen (17.4 milyard dollar) qarşılığında satın almağı təklif edib.

2017-ci ildə ABŞ-da atom elektrik stansiyası biznesinin uğursuzluğu "Toshiba"ya böyük zərbə vurdu. Bundan əlavə, son vaxtlar yaşadığı mühasibat qalmaqalı ilə şirkət daha böyük itkilərə məruz qalıb.

"Toshiba"nın səhmləri 2022-ci ildə 12 faiz dəyər itirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu