Sahibindən qaçan meymun zibillikdə pivə içərkən yaxalanıb


ABŞ-da sahibindən qaçan meymun spirtli içki qəbul edərkən görüntülənib.


Bu barədə yerli mediada yazılıb.

İndianapolisdə Momo adlı meymun sahibindən qaçıb. O, təkbaşına gəzintiyə çıxdıqdan sonra ev sahibinin evindən təxminən 400 metr aralıda görünüb. Qonşulardan biri polisə bildirib ki, o, Momonun zibil qutusunda oturaraq çıxardığı qutudan pivə içdiyini müşahidə edib. Meymunun azadlıqda olarkən kimisə dişləyib-dişləmədiyi hələlik məlum deyil.

Momo bundan əvvəl bir dəfə də iyul ayında sahibindən qaçıb. Sahibi hətta sosial şəbəkələrdə bu barədə yazıb. Daha sonra o, meymunun tapıldığı barədə abunəçilərə məlumat verib.

İndianapolis sakinlərinə vəhşi və ya təhlükəli heyvanların sahibləri onları heyvan nəzarətində qeydiyyata aldığı müddətcə evlərində saxlamağa icazə verilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu