ÜST Qəzzaya humanitar dəhliz açmağa çağırır


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzzaya “kritik tədarüklər” həyata keçirmək üçün humanitar dəhlizin açılmasını zəruri hesab edir.


TASS xəbər verir ki, təşkilatın rəsmi nümayəndəsi Tarik Yaşareviçin Cenevrədə keçirdiyi brifinqdə verdiyi məlumata görə, Qəzza zolağındakı yeddi ən böyük xəstəxanada mövcud olan lazımi materialların ehtiyatı tükənib.

“ÜST zorakılığa son qoymağa çağırır. İnsanları kritik ləvazimatlarla təmin etmək üçün humanitar dəhliz lazımdır. ÜST bu məsələ üzərində tərəfdaş qurumlarla işləyir”, - deyə o bildirib.

Yaşareviç qeyd edib ki, Qəzza zolağındakı yeddi ən böyük xəstəxanada mövcud olan zəruri material və ləvazimat ehtiyatları hazırda tükənib. ÜST tibbi ləvazimatların alınması üçün 1 milyon dollardan istifadə edəcək ki, bu da 500-ə qədər xəstənin müalicəsi üçün kifayət edəcək. Rəsmi nümayəndə bildirib ki, oktyabrın 9-na ÜST Qəzzada altı tibb işçisinin ölümündən xəbərdardırlar. "Dörd həkim yaralanıb. Hücumlar zamanı 8 səhiyyə müəssisəsi və 9 təcili yardım maşını zədələnib" - deyə o vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu