Əfqanıstanda məscidə hücum: Ölən və yaralananlar var

Əfqanıstanın şimalındakı Baqlan əyalətinin Pol-e-Xomri şəhərində məsciddə cümə namazı zamanı bombalı hücum həyata keçirilib.
Bağlan İnformasiya və Mədəniyyət Departamentinin direktoru Mustafa Haşimi “İmam Zaman məscidində partlayış olub, ölən və yaralananlar var” - deyə açıqlama verib.
Haşimi ölən və yaralananların dəqiq sayını açıqlamasa da, təfərrüatların ilk qiymətləndirmələrdən sonra paylaşılacağını bildirib.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.