ÜST: "Qəzzada vəziyyət nəzarətdən çıxır"
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus Qəzzada sağlamlıq vəziyyətinin nəzarətdən çıxdığını bildirib.
Qebreyesus X sosial media platformasında Qəzzada sağlamlıq vəziyyəti ilə bağlı paylaşım edib.
ÜST-nin Qəzza üçün bölgəyə göndərdiyi tibbi ləvazimatların 4 gündür sərhəddə gözlədiyini bildirib.
Ghebreyesus, tərəflər arasında zorakılığın dayandırılmalı olduğunu qeyd edərək, Qəzzaya həyatı xilas edən tibbi ləvazimatların çatdırılmasına başlamaq üçün təcili girişin lazım olduğunu vurğulayıb.