Natiq Qasımova həsr olunan "Oğul" filmi – Ermənilərin iç üzünü bir daha belə görək//VİDEO
Azərbaycan Dövlət Televiziyası üç il ərzində ərsəyə gətirilən “Oğul” sənədli filmini təqdim edib.
AFN.az xəbər verir ki, “Oğul” filmi Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülən azərbaycanlı hərbçi Natiq Qasımov haqqındadır. Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalıdır.
Film riyakar erməni xislətini bir daha aşkara çıxarmış olur. Bununla yanaşı, filmin rejissoru ekran əsərində müharibələrin insanların taleyində oynadığı dəhşətli roldan bəhs edir, ailələrin öz əzizlərinin itkisindən və naməlum taleyindən çəkdikləri iztirabları ön plana gətirir.
Natiq Qasımovun şücaətini parlaq şəkildə əks etdirilən “Oğul” sənədli filmi Azərbaycan Ordusunun 2023-cü ilin sentyabr ayında apardığı uğurlu antiterror tədbirlərindən sonra yenidən ictimaiyyətin gündəminə gəlib.
AFN.az filmi təqdim edir: