Slovakiya Ukraynaya hərbi yardımı dayandıracaq


Slovakiyada yeni qurulan hökumətin baş naziri Robert Fiko Ukraynaya hərbi yardımın dayandırılacağını açıqlayıb.


Robert Fiko Kiyevə hərbi yardımı dəstəkləməyəcəyini bildirib. O, qeyd edib ki, Avropa Birliyi silah tədarükçüsündən vasitəçiyə keçməlidir.

Yeni baş nazir Qərbin Rusiyaya qarşı sanksiyalarına qarşı çıxıb və Slovakiyaya təsiri olmasa, Moskvaya qarşı heç bir sanksiyalara səs verməyəcəyini bildirib.

Rusiya-Ukrayna müharibəsi ilə bağlı Fiko vurğulayıb ki, onların 10 il həll olunmamış münaqişə ilə məşğul olmaqdansa, 10 illik sülh danışıqlarında iştirak etməsi daha yaxşı olardı”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu