Pakistanda terror aktı nəticəsində 14 əsgər həlak olub


Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində təhlükəsizlik qüvvələrinə qarşı törədilən terror aktı nəticəsində ən azı 14 Pakistan Ordusu əsgəri həlak olub.


Bu barədə Pakistan silahlı qüvvələrinin yaydığı bəyanatda bildirilir.

Məlumatda qeyd edilib ki, terrorçular Bəlucistan əyalətinin Pasni şəhərindən hərəkət edərkən təhlükəsizlik qüvvələrinin iki avtomobilini pusquya salıblar.

Hadisə yerində təmizləmə əməliyyatı aparılır. Xidmət əlavə edib ki, bu mənfur əmələ görə təqsirkarlar tapılaraq məsuliyyətə cəlb olunacaqlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu