Tramp Xavyer Mileyin inauqurasiya mərasimində iştirak etməyəcək


ABŞ-ın keçmiş prezidenti Donald Tramp böyük ehtimalla dekabrın 10-da Argentinanın yeni lideri, “mini-Tramp” adlandırılan Xavyer Mileyin andiçmə mərasiminə gəlməyəcək.



Bu barədə Reuters amerikalı siyasətçinin seçki qərargahına yaxın mənbəyə istinadən məlumat yayıb.

“Hazırda heç nə planlaşdırılmayıb. Ayova və Nyu-Hempşirdə təşviqat tədbirləri və qalan praymerizlər yaxınlaşdıqca, onun səfərini qısa müddətdə həyata keçirmək çətin olacaq”, - deyə mənbə bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu