Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 161-ə çatıb


Yaponiyada yanvarın 1-dən davam edən silsilə zəlzələlərin qurbanlarının sayı 161 nəfərə çatıb.


Bu barədə yerli media rəsmi qurumlara istinadən xəbər yayb.

Son məlumatlara görə, təbii fəlakət nəticəsində ən azı 560 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaponiyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı ölkənin cənub-qərbində yerləşən Kumamoto prefekturasında 273 nəfərin öldüyü 2016-cı ildən bəri ilk dəfə 100 nəfəri ötüb.

Təcili yardım xidmətləri hələ də 195 sakini tapa bilmir. Ən böyük ziyan ən azı 1370 evin tamamilə və ya qismən dağıldığı İşikava prefekturasında baş verib, yanğınlar 300-ə yaxın binanı məhv edib. Təsirə məruz qalan bölgədə elektrik və su çatışmazlığı və yanacaq qıtlığı davam edir.

Yaponiya özünümüdafiə qüvvələrinin bölmələri də daxil olmaqla, təbii fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatı davam edir. Xilasedicilər sonuncu dəfə yanvarın 6-da canlı insanı tapıb çıxara biliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu