Husilər: ABŞ-ın gərginliyi azaltmaq cəhdinə eyni şəkildə cavab verəcəyik

Yəməndəki husilər ABŞ-ın gərginliyi azaltmaq üçün istənilən cəhdinin onlar tərəfindən ikiqat cavabla qarşılanacağını açıqlayıb.
Husilərin qondarma hökumətinin xarici işlər nazirinin müavini Hüseyn əl-İzzi X sosial media platformasında verdiyi açıqlamada, “Vaşinqton müharibə istəmədiyini deyir, amma bizi sözlər deyil, əməllər maraqlandırır" - deyə bildirib.
Husilərin müharibə istəmədiyini qeyd edən İzzi, Husilərin Vaşinqtonun gərginliyi azaltmaq cəhdinə eyni şəkildə cavab verəcəyinə diqqət çəkib.
Yalnız sülh üçün mübarizə apardıqlarını və rəqiblərinin seçdiyi şəkildə buna nail olmağa çalışdıqlarını ifadə edən İzzi, "Həm müharibədə, həm də sülhdə etibarlılığımız yüksəkdir" - deyə əlavə edib.
Husilərin hərbi sözçüsü Seri X sosial media platformasında bu gün verdiyi açıqlamada ABŞ və İngiltərənin döyüş təyyarələrinin Səna, Hudeydə, Taiz və Beyda şəhərlərini hədəf aldığını bildirib.
Seri döyüş təyyarələrinin 12-sinin Səna və kəndlərində, 3-nün Hudeydə, 2-nin Taiz və 1-in Beyda şəhərində olmaqla ümumilikdə 18 hücum təşkil etdiyini deyib.
Sözçü Seri dünən bildirib ki, husilərə bağlı dəniz qüvvələri Ədən körfəzində ABŞ-ın yük gəmisi OCEAN JAZZ-ı gəmi əleyhinə raketlərlə hədəfə alıb.