Magistral yolun kənarında otlayan zebralar və dəvələr görənləri təəccübləndirib


ABŞ-ın İndiana ştatında sirk heyvanlarını daşıyan yük maşını yanıb. Magistral yolda qəfildən dəvələr, zebralar və poni peyda olub. Daha sonra yol kənarında otlamağa başlayıblar.


Floridadan Fort Ueynə gedən magistral yolda olan sürücü yük maşınında problem olduğunu görüb və maşını kənara çəkib.

Gecə saat 2 radələrində qoşqunun alovlandığı görüləndə ətrafdakı polislərin köməkliyi ilə içəridəki heyvanlar sürətlə təxliyə edilib.

Mizpa Məbədi Sirki Meneceri Stiv Tramp 4 həftə konsert vermək üçün yolda olarkən bu bədbəxtliyi yaşadıqlarını bildirib.

Qrant dairəsinin şerif ofisindən polis məmuru Brent Resset bu hadisənin nadir olduğunu deyib.

Ressett, xilasetmə işlərinə qatılan və tüstüdən zəhərlənən iki polisin ehtiyat tədbiri olaraq xəstəxanaya aparıldıqdan sonra evə buraxıldığını açıqlayıb.

Polis məmuru hadisə zamanı heç bir heyvanın xəsarət almadığını bildirib. 57 yaşlı sürücü də hadisədən heç bir zərər görmədən sağ qalıb.

Ərazi heyvanlardan təmizlənənə qədər magistral yol qismən bağlanıb. Səhər saat 6-da başqa bir yük maşını gəlib 10 heyvanı yığaraq hadisəyə son qoyub.

Heyvanların şou üçün yollarına davam etdiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu