İtaliyada film kimi soyğunçuluq


İtaliyanın Sardiniya adasında çərşənbə günü filmləri xatırladan quldurluq hadisəsi baş verib. Zibil maşını ilə magistral yolu kəsən hücumçular 4 milyon avro oğurlayıblar.



Hərbi forma geyinmiş dəstə üzvləri Sassari şəhəri yaxınlığında zibil daşıyan maşınla barrikada quraraq, bölgədəki poçt şöbələrinə pul paylamaq üçün yola çıxan zirehli maşın karvanını saxlayıblar.

Səhər saat 8 radələrində baş verən quldurluqda onlar əvvəlcə konvoya atəş açaraq mühafizəçilərdən birinin ayağından yaralayıb, daha sonra isə zirehli maşınları daş yaran aparatla yarıb pulu alıblar.

Hadisə ilə bağlı araşdırma və axtarış başlatan polis yol kənarında partlayıcı ilə dolu çanta və iki maşını tərk edilmiş halda tapıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu