Kolumbiya hökuməti ilə ELN arasında ikitərəfli atəşkəs 7 gün uzadılıb


Kolumbiya hökuməti ilə silahlı qiyamçı təşkilat olan Milli Azadlıq Ordusu (ELN) arasında yanvarın 29-da bağlanmış ikitərəfli atəşkəs sazişinin müddəti daha “7 gün” uzadılıb.



Milli mətbuatda yer alan xəbərə görə, Kubanın paytaxtı Havanada yanvarın 22-də başlayan sülh danışıqlarının 6-cı raundu ikitərəfli atəşkəs razılaşmasının daha 7 gün uzadılması ilə yekunlaşıb.

Kolumbiyanın müdafiə naziri İvan Velaskes silahlı üsyançı təşkilat ELN ilə sülh danışıqlarının altıncı raundunu müşayiət edib.

Dövlətlə ELN arasında avqustun 3-də başlayan və yanvarın 29-da başa çatan ikitərəfli atəşkəs razılaşmasının uzadılıb-uzadılmayacağı tərəflərin fevralın 5-də keçiriləcək görüşündə müəyyənləşəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu