HƏMAS və İsrail arasında atəşkəsin mərhələli olacağı bildirilib


HƏMAS və İsrail arasında vasitəçilər tərəfindən müzakirə edilən Qəzza zolağında atəşkəs və qarşılıqlı məhbus mübadiləsi razılaşmasının mərhələli olacağı, ilkin olaraq 6 həftəlik atəşkəsin və Qəzzada təxminən 35 israilli məhbusun azad edilməsinin planlaşdırıldığı bildirilib.



London mərkəzli ərəb nəşri Shark al-Awsat-ın Fələstin mənbələrinə istinadən verdiyi xəbərə görə, Parisdə tərəflər arasında hazırlanan razılaşmaya görə, atəşkəs ilk mərhələdə 6 həftəlik qüvvəyə minəcək.

Atəşkəsin ilk mərhələsində Qəzza zolağında təxminən 35 israilli, İsrail həbsxanalarında olan yüzlərlə fələstinli məhbus da azad ediləcək.

Razılaşmanın ikinci və üçüncü mərhələləri üçün qarşılıqlı olaraq azad ediləcək məhbusların siyahıları, İsrail ordusunun Qəzzanın şimalından çıxarılması, fələstinlilərin buraya qayıtması və müharibənin qəti şəkildə sona çatması kimi məsələlər yenidən müzakirə ediləcək.

İsrail dövlət televiziyası KAN, İsrail ordusunun döyüş əməliyyatlarına ara verməyə hazır olduğunu və bu müddətdən ərazidəki qüvvələri gücləndirmək, təchiz etmək və Qəzzanın şimal və cənubuna hücuma hazırlamaq üçün istifadə edəcəyini bildirdi. ."

İsraildən yayımlanan Kanal 12 televiziyası atəşkəs danışıqlarının yaxın günlərdə Qahirədə və ya Dohada razılaşma ilə nəticələnə biləcəyini və Ramazan ayında qüvvəyə minəcəyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu