Bayden seçki çıxışında Makronu keçmiş Fransa prezidenti Mitteranla səhv saldı


ABŞ prezidenti Co Bayden onu Fransa prezidenti Emmanuel Makronla səhv salaraq, 28 il əvvəl dünyasını dəyişən keçmiş prezident Fransua Mitteranla görüşdüyünü bildirib.


Las-Veqasdakı seçki kampaniyası nitqində Bayden seçilərkən G7 toplantısında iştirakına toxunub. Makronla xatirəsindən danışarkən yanlışa yol verən Bayden onu 1996-cı ildə dünyasını dəyişən Mitterandla səhv salıb.

“Mitterand Almaniyadan, üzr istəyirəm Fransadan mənə baxıb dedi: “Nə vaxtdır buradasan?”

Ağ Ev də Baydenin dil sürüşməsi, boşluqla əl sıxması və yıxılması ilə gündəmə gələn kobud səhvini “Makron” olaraq düzəldərək dərc edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu