Norveçin baş naziri səhvən poçtla marixuana alıb


Dagens Næringsliv qəzetinin fevralın 17-də yazdığına görə, Norveçin baş naziri Jonas Gahr Støre səhvən poçtla marixuananı qəbul edib.



Hadisə yanvarın 31-də baş nazirin ofisinə zərf gətirilərkən baş verib. Hökumət aparatının rəhbərinə gələn məktub əvvəlcə departamentin təhlükəsizlik və xidmətlər üzrə qəbul məntəqəsinə gedib, sonra isə rentgen şüaları vasitəsilə skan edilib. Ekspertiza zərfdə tibbi marixuana olduğunu göstərib.

Zərf polis tərəfindən götürülüb.

Norveçdə marixuana yalnız tibbi məqsədlər üçün qanunidir və başqa məqsədlər üçün alına bilməz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu