Baham adaları marixuananı qanuniləşdirməyi planlaşdırır
Baham Adaları Birliyi marixuananın tibbi məqsədlər üçün istifadəsini dekriminallaşdırmaq və tənzimləmək məqsədi daşıyan qanunvericiliyə düzəlişlər hazırlayır.
AFN.az-ın məlumatına görə, bu barədə yerli "Tribune" qəzeti məlumat verib.
Marixuananın istifadəsini dekriminallaşdırılması ilə bağlı qanunun hazırlanması istiqamətində ictimai məsləhətləşmələrə başlanılıb. Qanun layihəsi marixuananın becərilməsi, daşınması və pərakəndə satışına lisenziya verilməsini nəzərdə tutur.
Son beş ildə bir neçə Karib ölkəsi sirrin tibbi məqsədlər üçün istifadəsini qanuniləşdirməyə başlayıb. Latın Amerikasında marixuana və ya sirr əsaslı dərman məhsulları Argentina, Braziliya, Kolumbiya, Meksika, Panama, Paraqvay, Trinidad və Tobaqo, Uruqvay, Çili və Yamaykada qanunidir.