Avropada yeniyetmələr üçün avtomobil təqdim edildi


İsveçrənin "Micro Mobility Systems" şirkəti Cenevrə avtosalonunda kompakt elektromobil Microlino Lite-nin istehsal versiyasını təqdim edib. Bir sıra Avropa ölkələrində moped sürmək hüququ olan 14 yaşından yuxarı yeniyetmələr belə maşını idarə edə bilərlər.



Bu barədə fevralın 26-da The Verge məlumat yayıb.

Microlino Lite-in maksimal sürəti 45 km/saat, elektromobilin uzunluğu 2,5 m, çəkisi isə 600 kq-dan çox deyil. Elektrik mühərrikinin pik gücü 12 at gücünə bərabərdir. Əsas 5,5 kVt/saat batareya bir dəfə doldurulma ilə məsafə təxminən 100 km, daha böyük 11 kVt/saat batareya ilə isə 177 km-dir.

Qeyd olunur ki, krossoverin park edilməsi üç Microlino Lite ilə eyni həcmdə yer tələb edir və yüngül çəkisi sayəsində mini-elektrik avtomobil adi elektromobildən daha az enerji sərf edir.

Birinci mərhələdə elektrik avtomobilləri ayda 156 avroya lizinq üçün təqdim olunacaq.

Qeyd edək ki, Fransa və İtaliyada yeniyetmələr 14 yaşından, İsveç, Almaniya, Avstriya və İspaniya isə 15 yaşından etibarən belə avtomobil idarə edə biləcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu