Həkimdən Əhliman Əmiraslanova sərt cavab: Ölkə səhiyyəsinin bu hala düşməsində "xidmətləri" az deyil


Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun xərçəng xəstəliyi ilə bağlı açıqlaması reaksiya doğurub.


Qeyd edək ki, Ə.Əmiraslanov bir neçə gün öncə bədxassəli şişlərin yaranması haqda danışıb. O, bildirib ki, bu halların 35-40 faizi məhz düzgün olmayan və keyfiyyətsiz qidalanma ilə bağlıdır. Komitə sədri qeyd edib ki, bir çox xəstəliklərin, o cümlədən də xərçəngin qarşısını düzgün qidalanma alır: “Bir çox xəstəliklərin, o cümlədən də xərçəngin də əmələ gəlməsində əsas faktor kimi qidalanma mühüm yer tutur”.
Ə.Əmiraslanov həmçinin qeysəriyyə ilə dünyaya uşaq gətirilməsini, uşaqların süni qidalarla bəslənməsini tənqid edib.
AFN.az xəbər verir ki, tanınmış həkim Aydın Əliyev Ə.Əmiraslanovun çıxışına maraqlı münasibət açıqlayıb: “Ölkə səhiyyəsinin bu hala düşməsində hörmətli akademikin də “xidmətləri” az deyil. 25 il Tibb Universitetinə rəhbərlik etdiyi dövrdə semestr imtahanlarında savadsız tələbələrə pul müqabilində və tapşırıqla qiymət yazılaraq kursdan-kursa keçirilməsi hər kəsin yadındadır. Bundan başqa, müxtəlif dırnaqarası universitetlərdən tibb universitetinə savadsız tələbələrin rüşvət və tapşırıqla transferi, tapşırıq və pul qarşılığında tibb universitetinə savadsız müəllimlərin işə götürülməsi, tibb universitetinin maddi-texniki bazasının gücləndirilməsi üçün ayrılan vəsaitlərin mənimsənilərək səhiyyənin inkişafına sarsıdıcı zərbə vurulması halları da onun dövründə təhsil almış həkimlərə gün kimi aydındır. Bu günkü az sayda yaxşı həkimlər tibb universitetində dərs deyən az sayda fədakar müəllimlərin sayəsində yetişib. Bir gün ahıl çağında, xalqını düşünən müdrik ağsaqqal moduna girəcəksənsə, etdiklərinin xatırlanacağını da bilməlisən”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu