ABŞ senatoru Menendezə qarşı yeni ittihamlar əlavə edilib


ABŞ senatoru Bob Menendesə qarşı rüşvət ittihamı ilə bağlı yeni ittiham aktının hazırlandığı məlum olub.



Nyu-Yorkun Cənub Bölgəsi üzrə Federal Məhkəməsində Menendesə qarşı ədalət mühakiməsinə maneçiliklə bağlı bir sıra ittihamların yer aldığı yeni ittihamnamə təqdim edilib.

Region prokurorları tərəfindən hazırlanan 66 səhifəlik yeni ittiham aktında “sui-qəsd, ədalət mühakiməsinə maneçilik, xarici agent kimi fəaliyyət göstərən dövlət məmuru, rüşvətxorluq, qəsb və vicdanlı xidmətlərdə elektron fırıldaqçılıq” kimi ittihamlar yer alıb.

5 mart tarixli iddianamədə Menendez əvvəlki dosyedəki sui-qəsd ittihamlarına əlavə olaraq bəzi maddi cinayətlərdə də günahlandırılıb.

Yeni ittihamnamə Menendezə "rüşvətxorluq və korrupsiya" ittihamı ilə mühakimə olunan müttəhimlərdən biri olan Xose Uribenin ona qarşı irəli sürülən ittihamları qəbul etməsindən və federal prokurorlarla əməkdaşlıq etməyə razılıq verdikdən sonra ortaya çıxıb.

Menendez və digər müttəhimlərin məhkəməsi may ayında başlayacaq. İyunun 14-də keçiriləcək məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ittiham olunan Uribenin cəzası müəyyənləşəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu