Akif Qurbanova cinayət işi açıldı


“Toplum TV”nin ofisində polisin keçirdiyi əməliyyat-axtarış tədbirlərində saxlanılan Akif Qurbanova cinayət işi açılıb.



“Qafqazinfo” xəbər verir ki, bu barədə vəkil Şəhla Hümbətova bildirib.

Vəkilin sözlərinə görə, Akif Qurbanov Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir.

O, 48 saat ərzində barəsində həbs qətimkan tədbiri seçilməsi tələbi ilə məhkəməyə çıxarılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu