Finlandiya: Rusiya Qərblə uzunmüddətli münaqişəyə hazırlaşır
Finlandiyanın baş naziri Petteri Orpo Rusiyanın Qərblə uzunmüddətli münaqişəyə hazırlaşdığını bəyan edib və Avropa İttifaqının indi bu təhlükəyə cavab verməməsinin uzunmüddətli risklər yaradacağı barədə xəbərdarlıq edib.
Finlandiyanın baş naziri Petteri Orpo Avropa Parlamentinin (AP) Baş Assambleyasında Avropanın gələcəyi ilə bağlı sessiyada çıxış edib.
Ukraynadakı müharibəyə də toxunan Orpo, “Bu gün Ukraynaya xərclənən hər avro Rusiya qalib gələrsə, alternativ xərclərlə müqayisədə aşağı qiymətdir” deyib.
Ukraynaya dəstəyin artırılmasına çağıran Orpo, "Rusiya açıq şəkildə Qərblə uzunmüddətli münaqişəyə hazırlaşır. Bu, Avropa üçün daimi və ekzistensial hərbi təhlükə yaradır. Əgər biz vahid Avropa olaraq buna adekvat cavab verə bilməsək, qarşıdakı illər yaxınlaşan hücum təhlükəsi ilə dolu olacaq" ifadələrini işlədib.
Ölkəsinin Rusiya ilə 1300 kilometrdən çox sərhədi olduğunu xatırladan Orpo, NATO-ya üzv olmaq qərarının ciddi qiymətləndirmələrdən sonra verildiyini, indi də qonşusu İsveçi Alyansın tərkibində görməkdən xoşbəxt olduğunu bildirib.
Orpo qeyd edib ki, Avropa müdafiə sənayesini və sərhədlərini gücləndirməli, bürokratiyanı azaltmalı, davamlı maliyyə siyasətlərini həyata keçirməli, əmək bazarında islahatlar aparmalı və yeni ticarət razılaşmaları əldə etməlidir.