İsrail Hərbi Kəşfiyyat İdarəsinin rəisi Aharon Haliva istefa verib


İsrail Hərbi Kəşfiyyatının rəisi general-mayor Aharon Haliva oktyabrın 7-də baş verən hücumlara səbəb olan uğursuzluğa görə istefaya qərar verib.


İsrail ordusundan verilən açıqlamaya görə, general-mayor Haliva istefa məktubunu Baş Qərargah rəisi Herzi Haleviyə təqdim edib.

Haliva istefa məktubunda "Komandirliyimdəki kəşfiyyat birliyi öz missiyasını yerinə yetirə bilmədi. Müharibənin ağrısını əbədi olaraq daşıyacağam. İndi məsuliyyəti boynuma götürmək və vəzifəmi bitirmək istəyirəm" deyib.

Halivanın istefasının nə vaxt qüvvəyə minəcəyi hələlik məlum deyil, çünki onun İsrail ordusunda əvəzlənməsi müəyyən edilməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu