İsrail Baş Qərargah rəisi Qəzzaya hücumların il boyu davam edəcəyini bildirib


İsrail Qəzza zolağına 2024-cü ildə il boyu hücumlarını davam etdirəcəyini açıqlayıb.


İsrail ordusundan verilən açıqlamaya görə, Baş Qərargah rəisi Herzi Halevi işğal altındakı İordan çayının qərb sahilinə səfəri zamanı ölkəsinin Qəzzaya hücumlarından danışıb.

2024-cü ilin çətin olacağını bildirən Halevi, "Qəzzada müharibə edəcəyik. Bütün il Qəzzada döyüşəcəyik, bu, qətidir" - deyə qeyd edib.

Halevi deyib ki, İsrailin şimalındakı köçkünlərin geri qaytarılmasına cavabdeh olan ordu bu vəzifəni Hizbullaha təzyiq edərək yerinə yetirəcək, əks halda“yeni bir müharibəyə səbəb olacaq.

Dünən verdiyi açıqlamada İsrail Ordusunun sözçüsü Daniel Həcəri Qəzza zolağının şimalında "Həmasın hərbi strukturunun tamamilə ləğv edildiyini" iddia edərək, ordunun HƏMAS-ın Qəzza zolağınn mərkəzi və cənubunda dağıdılmasına diqqət yetirdiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu