Bolqarıstandakı müvəqqəti hökumətdə baş nazir həm də xarici işlər naziri vəzifəsini icra edəcək


Bolqarıstan Prezidenti Rumen Radev müvəqqəti hökumətin baş naziri Dimitar Qlavçevin həm də xarici işlər naziri vəzifəsinin icrasına başlaması haqqında fərman imzalayıb.



Prezidentin Mətbuat Mərkəzindən verilən məlumata görə, Nazirlər Kabinetində iki nazirin dəyişdirilməsi ilə bağlı baş nazir Qlavçevin prezident Radevə göndərdiyi sorğu bu gün təsdiqlənib.

Müvafiq olaraq, müvəqqəti hökumətin baş naziri Qlavçev həm də xarici işlər naziri vəzifəsini icra edəcək.

Georgi Tahov vəzifəsindən azad edilən kənd təsərrüfatı naziri Kiril Vıtevi əvəz edəcək.

Qlavçev Vytev üçün ondan gözlənilən iş tempinə yetişə bilmədiyini bildirbi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu