Türkiyənin yeni xarici işlər və müdafiə nazirlərinin adları məlum olub
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin vitse-prezidentini dəyişərək bu vəzifəyə Cevdet Yılmazı təyin edib.
O, bütün əsas nazirləri də dəyişib. Yeni kabinetdə keçmiş kəşfiyyat rəhbəri Hakan Fidan xarici işlər naziri vəzifəsinə təyin edilib. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər Müdafiə Nazirliyinə rəhbərlik edəcək. Baş nazirin keçmiş müavini Mehmet Şimşək maliyyə naziri vəzifəsinə keçib. Türkiyənin Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsini İstanbul vilayətinin valisi Əli Yerlikaya alıb.
Yeni kabinetə ədliyyə naziri Yılmaz Tunc, ailə və sosial təminat naziri Mahinur Özdemir Göktaş, gənclər və idman naziri Osman Aşkın Bak, energetika naziri Alparslan Bayraktar, səhiyyə naziri Fahrettin Koca, sənaye naziri Mehmet Fatih Kaçır, kənd təsərrüfatı və meşə naziri İbrahim Kumaklu, mədəniyyət və turizim naziri Mehmet Ersoy ticarət naziri Ömer Bolat, təhsil naziri Yusuf Tekin olub.