Rüşvətxorluq və korrupsiyada ittiham olunan ABŞ senatoru Menendezin məhkəməsi başlayıb


ABŞ-da rüşvət və korrupsiya ittihamları ilə məhkəməyə verilən Senatın Xarici Əlaqələr Komitəsinin keçmiş sədri və Nyu Cersi senatoru Bob Menendezin məhkəməsi münsiflər heyətinin seçilməsi ilə başlayıb.



Vəkili ilə Nyu York Cənub Bölgəsi Federal Məhkəməsinə gələn Menendez mətbuata heç bir açıqlama verməyib.

70 yaşlı senator ilk gün münsiflər heyətinin seçilməsi və məhkəmə prosesindəki digər prosedurlar üçün vəkili ilə birlikdə məhkəmə zalında yerini tutub.

100-dən çox münsif namizədinin olduğu məhkəmədə 12 əsas və 6 əvəzedici jüri üzvünün seçilməsindən sonra açılış çıxışları başlayacaq.

16 ayrı ittihamla hakim qarşısına çıxan Menendezin məhkəməsinin 5-7 həftə davam edəcəyi gözlənilir.

Qeyd edilir ki, ona qarşı irəli sürülən ittihamlarla təqsirli bilinərsə, Menendez 212 ilə qədər həbs cəzası ala bilər, lakin əvvəlki cəzası olmadığı üçün bundan çox az cəza alacağı gözlənilir.

Menendez ona qarşı irəli sürülən bütün ittihamları rədd edib və günahsız olduğunu bildirib.

İlk dəfə 22 sentyabr 2023-cü ildə Nyu-Yorkun Cənub Dairəsinin Federal Məhkəməsinə təqdim edilən 39 səhifəlik iddianamədə Bob Menendez və həyat yoldaşı Nadine (Arslanyan) Menendez siyasi fayda qarşılığında külli miqdarda rüşvət alma planında iştirak etməkdə günahlandırılıblar.

Kuba əsilli mühacir ailəsinin oğlu olan Menendez Türkiyə əleyhinə fikirləri və ABŞ Konqresindəki yunan və erməni lobbilərinə yaxınlığı ilə tanınır.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu