İran səfiri Rəisinin helikopterinin qəzaya uğramasının səbəbini açıqladı
Mayın 19-da İran prezidenti İbrahim Rəisinin helikopterinin sərt enişinə pis hava şəraiti səbəb olub.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu İranın Belarusdakı səfiri Əlirza Sanei deyib.
"Helikopter pis hava şəraiti səbəbindən sərt eniş edib", deyə səfir jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, xilasedicilər təyyarə qəzasından sonra həlak olanların hamısının cəsədlərini müəyyən ediblər.
Qeyd edək ki, mayın 19-da İranın Şərqi Azərbaycan əyalətində İran prezidentini daşıyan helikopter qəzaya uğrayıb. Təyyarədə olanların hamısı həlak olub, İranda beş günlük matəm elan edilib. "Tasnim" agentliyinin məlumatına görə, təyyarədə 8 nəfər olub. Meyitlərin axtarışı başa çatıb və onlar Təbrizə göndərilib.
İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən şəxslərin dəfn mərasimi mayın 21-də Təbriz şəhərində keçiriləcək.
İranın birinci vitse-prezidenti Məhəmməd Moxber yeni prezident seçkilərinə qədər 50 gün dövlət başçısı vəzifəsini icra edəcək.