İsrail Qəzzadakı UNRWA məktəbini ABŞ istehsalı olan bombalarla vurub


Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) aid məktəbə hücumda İsrailin ABŞ istehsalı olan silahlardan istifadə etdiyi bildirilib.


Amerikanın CNN televiziyası İsrail ordusunun Qəzzada məktəbə hücumu ilə bağlı kadrların təhlilini dərc edib. Təhlildə İsrailin Qəzzada UNRWA məktəbinə hücumda ABŞ istehsalı olan ən azı iki GBU-39 kiçik ölçülü bombadan istifadə etdiyi qeyd edilib.

Ötən həftə İsrailin Rəfahda məcburi köçkün fələstinlilərə hücumunda ABŞ istehsalı bombalardan istifadə edildiyi bildirilmişdi, lakin ABŞ administrasiyası bunu təsdiq etməmişdi.

İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsində köçkün fələstinlilərin sığındıqları UNRWA məktəbinə hücumu nəticəsində 14-ü uşaq, 9-u qadın olmaqla 40 nəfər həyatını itirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu