X-də telefon danışığını paylaşan İsrail nümayəndəsinə BMT-dən reaksiya


Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin sözçüsü Stefan Dujarrik İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdanın BMT-nin yüksək rütbəli rəsmisi ilə telefon danışığını lentə alması və sosial mediada paylaşmasının şokedici və qəbuledilməz olduğunu bildirib.



Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında dəyərləndirmələr edib.

Düjarrik bildirib ki, bu gün səhər saatlarında Baş katibliyin aparat rəhbəri Erl Kurtenay Rattray münaqişə zonalarında uşaqlara zərər verən ölkələr və təşkilatların yer aldığı qara siyahı hesabatı ilə bağlı protokola uyğun olaraq İsrail səfiri Erdan ilə görüşüb.

Bu cür görüşlərin ölkələri məlumatlandırmaq və sızmaların qarşısını almaq üçün keçirildiyini bildirən Düjarrik, səfir Erdanın həmin telefon danışığını videoya çəkməsi və bu səs yazısının bir hissəsini X-də yayımlamasını şok edici və qəbuledilməz olduğunu vurğulayıb: "Açığı bu qurumda 24 illik xidmətimdə heç vaxt görmədiyim bir şeydir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu