BMT: Qəzzada binaların yarıdan çoxu dağılıb


Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzza zolağında binaların yarısından çoxunun dağıdıldığını açıqlayıb.


BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) sosial media hesabında Qəzzadakı vəziyyətlə bağlı məlumat yayıb.

Açıqlamada Qəzzada baş verən dağıntıların təsvir olunmaz olduğu vurğulanıb və bölgədəki binaların yarıdan çoxunun dağıldığı qeyd edilib.

İsrailin hücumları nəticəsində yaranan dağıntıların aradan qaldırılmasının illər lazım olacağı ifadə edilən bəyanatda, "Bu müharibənin psixoloji travmasından qurtulmaq daha da uzun çəkəcək" - deyə vurğulanıb.

Bəyanatda həmçinin atəşkəs çağırışı da əksini tapıb.

Statistikaya görə, Qəzzada indiyədək 87 min ev tamamilə dağılıb, ümumilikdə 297 min evə ziyan dəyib, yaxud yaşayış üçün yararsız hala düşüb.

BMT-dən verilən əvvəlki açıqlamada Qəzzadakı dağıntıların aradan qaldırılmasının 14 il çəkə biləcəyi bildirilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu