Cənubi Koreyanın müxalifət liderinə qarşı Şimala “qanunsuz pul köçürmələrində iştirak” ittihamı ilə istintaq başladılıb


Cənubi Koreyanın əsas müxalif Demokratik Partiyasının lideri Li Je Myunqa qarşı Seulda yerləşən bir şirkətin Şimali Koreyaya “qanunsuz pul köçürmələrində əli olduğu” əsası ilə istintaq başladılıb.



Yonhap-ın məlumatına görə, Suvon Rayon Prokurorluğu Li haqqında açılan istintaqla bağlı açıqlama verib.

Açıqlamada Linin 2019-2020-ci illərdə Gyeonggi qubernatoru olanda Şimali Koreyaya planlaşdırılan səfəri üçün o vaxtkı Qubernator müavini Li Hva Yonq vasitəsilə "Ssangbangwool Group" adlı şirkətdən qeyri-qanuni olaraq Şimali Koreyaya 8 milyon dollar köçürməsini istəməkdə təqsirləndirildiyi bildirilir.

Açıqlamada Li Je Myunqun Şimala səfərini Birləşdirmə Nazirinin icazəsi olmadan planlaşdırdığı və bunun Koreyalararası Mübadilə və Əməkdaşlıq Aktına zidd olduğu, pul köçürmələrinin Xarici Valyuta Əməliyyatları Qanununu pozduğu qeyd edilib.

Qeyd edək ki, Li Hva Younqa qarşı rüşvətxorluqda vasitəçilik, "Ssangbangwool Group"un keçmiş meneceri Kim Seong Teyə qarşı isə rüşvət vermək ittihamı ilə istintaq başladıldığı açıqlanıb.

Li Je Myunq ittihamları rədd edərək, sözügedən 8 milyon dolların onun iştirakı olmadan Şimala göndərildiyini iddia edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu