Floridada daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib
ABŞ-ın Florida ştatında qubernator Ron DeSantis bəzi bölgələri təsir edən daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edib.
DeSantis əyalətdə şiddətli yağışın davam edəcəyinə diqqət çəkərək, "Cənubi Florida üçün önümüzdəki bir neçə gün ərzində əlavə güclü yağış və fırtınalar gözlənilir ki, bu da artıq təsirə məruz qalmış ərazilərdə vəziyyəti daha da pisləşdirəcək” xəbərdarlıq edib.
Qubernator daşqının təsiri ilə əlaqədar bəzi bölgələrdə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığını da qeyd edib.
DeSantis bildirib ki, bu çərçivədə əyalətdə fövqəladə vəziyyət elan edilib və daşqınların mümkün təsirinə qarşı tədbir görülüb.
Qeyd edək ki, dünən Cənubi Florida ştatına yağan leysan yağışlar daşqınlara səbəb olub.
Meteorologiya rəsmiləri Floridada yağışların daha bir neçə gün davam edəcəyini proqnozlaşdırıblar.