İsveçrə konfransdan sonra Rusiya ilə müzakirələr aparmaq niyyətindədir


İsveçrə hakimiyyəti Rusiya ilə müntəzəm əlaqə saxlayır və Bürgenstok konfransından sonra onunla müzakirələr aparacaq.


Bu bəyanatı İsveçrənin xarici işlər naziri İqnazio Kassis mətbuat konfransında deyib: “Bizim müntəzəm təmaslarımız var, Moskvadakı səfirimiz hər iki həftədən bir Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayır. Konfransdan sonra Rusiya ilə müzakirələr aparacağıq".

O, eyni zamanda qeyd edib ki, müzakirələrin təfərrüatı ilə bağlı heç bir açıqlama verə bilməz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu