İsveçrə Ukrayna ilə bağlı yeni konfrans təşkil etməyə hazır olduğunu bildirib


İsveçrə Ukraynadakı münaqişənin həlli üçün yeni görüşlər təşkil etməyə hazırdır.


Bunu Bürgenstokda keçirilən forumun bağlanışından sonra keçirilən mətbuat konfransında konfederasiyanın prezidenti Viola Amherd deyib: “Biz müzakirələrdə iştirak etməyə davam edəcəyik, təbii ki, əgər olarsa, İsveçrədə də görüşlər təşkil etməyə hazırıq".

Xarici işlər naziri İqnasio Kassis ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi Ukrayna ilə bağlı yeni beynəlxalq görüşün keçiriləcəyini istisna etməyib. “Bu, Ukraynanın, təşkilatçıların və böyük ölkələrin iradəsindən asılıdır” - deyə, o qeyd edib. Eyni zamanda, nazir belə bir görüşün harada keçirilə biləcəyi ilə bağlı heç bir fərziyyə irəli sürməyib.

ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Kassis xatırladıb ki, Ukraynadakı vəziyyətlə bağlı indi 6-7 sülh formulu var. Çin və Braziliyanın bununla bağlı təkliflərinə toxunan XİN rəhbəri qeyd edib: “Əlbəttə, onların nə etdikləri bizi maraqlandırır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu