Mbappe "Avro-2024"ün qrup mərhələsinin qalan bütün oyunlarını buraxacaq


Fransa millisinin hücumçusu Kilian Mbappe burnu qırıldığı üçün 2024-cü il Avropa çempionatının qalan oyunlarına qatılmayacaq.



Bu barədə “Le Figaro” qəzeti yazıb.

"Real Madrid"in futbolçusu Avstriya millisi ilə Fransanın xeyrinə 1:0 hesabı ilə başa çatan oyunda ciddi zədə alıb. Əvvəlcə media Mbappenin təcili əməliyyat tələb edən sınığı olduğunu bildirsə də, sonradan cərrahi müdaxilə ilə bağlı məlumatlar təkzib edilib.

Futbolçunun meydana yalnız pley-off mərhələsində qayıda biləcəyi və xüsusi qoruyucu maskada oynamalı olduğu dəqiqləşib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu