Mbappe tamaşaçının burnunu sındırdı


Fransalı futbolçu Kilian Mbappe matç zamanı topla tamaşaçının burnunu sındırıb.


AFN.az xəbər verir ki, hadisə “Strasburq”la oyundan əvvəl isinmə zamanı baş verib.

Mbappenin vurduğu zərbə nəticəsində tribunaya tərəf uçan top gənc azarkeş xanımın sifətinə dəyib. Həkimlər dərhal xanım azarkeşin yanına gediblər və ardınca futbolçunun özü də ora gedib. O, qızı stadionun təcili yardım məntəqəsinə qədər müşayiət edib.

Yayılan görüntülərdə qızın burnunun sındığı, əllərinin qan içində olduğu görünüb. Final fitindən sonra Mbappe fanatı qucaqlayıb və ona öz köynəyini hədiyyə edib.

Xatırladaq ki, təxminən iki həftə əvvəl “Forbes” jurnalı 25 yaşa qədər dünyanın ən çox qazanan beş idmançısının siyahısını təqdim etmişdi. Birinci yerdə 24 yaşlı Mbappe qərarlaşıb. Nəşrin məlumatına görə, o, ildə təxminən 110 milyon avro qazanır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu