BMT: Sudan xaosa sürüklənir
Birləşmiş Millətlər Təşkilatı Sudanın xaosa sürüklənməyə davam etdiyini bildirib və təcili addımlar atmağa çağırıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Sudandakı hadisələr Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında (UNSC) müzakirə edilib.
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin Əməliyyat və Müdafiə Departamentinin direktoru Edem Vosornu üzv ölkələri məlumatlandıraraq, BMT Təhlükəsizlik Şurasının 4 aydan az müddətdə Sudandakı vəziyyəti 6-cı dəfə həll etməli olduğuna diqqət çəkib.
"Təəssüflə demək istəyirəm ki, Sudan xaosa doğru enməkdə davam edir", - Vosornu bildirib. O, xüsusilə Əl-Fəşir bölgəsindəki vəziyyətin ciddiliyinə diqqət çəkib.
Əl Faşirdə 800 min insanın həyatının təhlükədə olduğunu vurğulayan Vosornu, zorakılığın heç bir fərq qoymadan və məhdudiyyətsiz davam etdiyini bildirib.
Sudanın aclıq astanasında olduğunu qeyd edən Vosornu, təxminən 5 milyon insanın "təcili səviyyədə" qida çatışmazlığı ilə üzləşdiyini xatırladıb.
Vosornu ölkə daxilində 41 fərqli qarşıdurma bölgəsində 2 milyon insanın aclığa sürüklənəcəyi xəbərdarlığını edib. "Qadınlar uşaqlarını yedirə bilmədikləri üçün aclıqdan ölmələrini izləyirlər" - deyə o bildirib.
O, yeni doğum edən 7 min qadının lazımi qida və sağlamlıq xidmətlərinə çıxışı olmadığı üçün önümüzdəki aylarda ölə biləcəyini vurğulayıb.