BMT Ukraynanın Xarkov vilayətində zorakılığın artmasına qarşı xəbərdarlıq edib


Birləşmiş Millətlər Təşkilatı Ukraynanın Xarkov vilayətində zorakılığın artdığını və son vaxtlar 18 mindən çox insanın bu bölgəni tərk etmək məcburiyyətində qaldığını açıqlayıb.


BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Ukraynadakı humanitar vəziyyətlə bağlı hadisələr müzakirə edilib.

BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım koordinatorunun müavini Coys Msuya burada üzv ölkələri məlumatlandıraraq, mayın 10-dan etibarən Xarkov bölgəsində artan zorakılığın şiddətli təsirinə diqqət çəkib.

May ayında Ukraynada 174 mülki vətəndaşın öldürüldüyünü, bunların yarısının Xarkovda qeydə alındığını bildirən Msuya, "Son həftələrdə ticarət mərkəzləri, evlər, təhsil müəssisələri, ofislər, parklar və ictimai nəqliyyat vasitələri vuruldu" - deyə qeyd edib.

Bu yaxınlarda 18 min 100 adamın Xarkov bölgəsini tərk etmək məcburiyyətində qaldığını bildirən Msuya, təxminən 50 humanitar yardım təşkilatının buradakı 12 min insana yardım etdiyini açıqlayıb.

Msuya bildirib ki, 2022-ci il fevralın 24-dən indiyədək Ukrayna boyu 11 min mülki şəxs, o cümlədən 600 uşaq həlak olub, 21 mindən çox mülki şəxs isə yaralanıb.

Onun sözlərinə görə, Ukraynada 14,6 milyondan çox insanın humanitar yardıma ehtiyacı var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu