Çadda hərbi sursat anbarında partlayış olub


Çadın paytaxtı Enceminenin Quundci bölgəsində yerləşən Encemine hava limanı yaxınlığındakı hərbi sursat anbarında yanğın baş verib.



Şahidlərin sözlərinə görə, Encemine hava limanı yaxınlığında partlayış səsləri eşidilib.

Çad Xarici İşlər Naziri Abderaman Kullamalah sosial media hesabından verdiyi açıqlamada paytaxt Enceminenin Quundci bölgəsində hərbi sursat anbarında yanğın baş verdiyini bildirib.

Kullamalah vətəndaşlara sakit olmağı tövsiyə edib və hadisə barədə əlavə məlumat verməyib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu