Cənubi Koreya aşağı doğum nisbətləri ilə əlaqədar demoqrafik milli fövqəladə vəziyyət elan edib


Cənubi Koreya prezidenti Yoon Suk Yeol ölkəsinin aşağı doğum səviyyəsinin qarşısını almaq üçün demoqrafik milli fövqəladə vəziyyət elan etdiyini açıqlayıb.



Yonhap xəbərinə görə, prezident Yoon paytaxt Seulun cənubundakı Seongnam Ar-Ge Mərkəzində "aşağı doğum nisbəti və qocalmış əhali" mövzusunda keçirilən yığıncaqda çıxış edib.

Hökumətin aşağı doğum nisbəti ilə mübarizə üçün hər cür səy göstərəcəyini ifadə edən Yoon, "Bu gün rəsmi olaraq demoqrafik milli fövqəladə vəziyyət elan edirəm. Aşağı doğum nisbəti problemi aradan qaldırılana qədər hərtərəfli müdaxilə sistemini işə salacağıq" deyib.

Yoon bildirib ki, bu kontekstdə onlar üç əsas sahəyə diqqət yetirəcəklər: “İş və həyatın tarazlaşdırılması, uşaqlara qayğının yaxşılaşdırılması və daha yaxşı mənzil təminatı”.

Valideynlərin təhsil yükünü yüngülləşdirmək üçün ibtidai məktəblərdə uşaq baxımına dəstəyin artırılması və məktəbdənkənar proqramların genişləndiriləcəyini vəd edən Yoon qeyd edib ki, tədbirlərin həyata keçirilməsini təmin etmək üçün müvəqqəti olaraq Əhali Strategiyasının Planlaşdırılması Nazirliyi yaradılacaq.

Cənubi Koreya 0,72 ilə 2023-cü ildə ən aşağı doğum səviyyəsinə malik ölkələr arasında birinci yerdədir.

Cənubi Koreya Statistika İnstitutunun martın 19-da yeni doğulan uşaqların sayı ilə bağlı paylaşdığı məlumatlar göstərir ki, son illərdə ölkədə illik doğum sayında azalma tendensiyası davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu