İngiltərə Mərkəzi Bankı uçot dərəcəsini dəyişmədi


İngiltərə Mərkəzi Bankı (BoE) son günlərdə inflyasiyanın azalmasına baxmayaraq, siyasət faizini bazar gözləntilərinə uyğun olaraq son 16 ilin ən yüksək səviyyəsi olan 5,25 faiz səviyyəsində sabit saxlayıb.



BoE-nin yaydığı bəyanatda bildirilib ki, üzvlərdən 7-nin siyasət faizini 5,25 faizdə sabit saxlamağa, 2-nin isə 25 baz bəndi azaldaraq 5 faizə endirməyə səs verdiyi qeyd edilib.

Açıqlamada əsas inflyasiyanın mayda illik 3,2 faizdən 2 faizə endiyi, bunun mayda pul siyasəti hesabatındakı təxminlərə yaxın olduğu vurğulanıb.

Qısamüddətli inflyasiya gözləntiləri ilə bağlı göstəricilərin mülayim seqmentdə davam etdiyi, ötən il enerji qiymətlərindəki azalmanın baza təsiri ilə bu ilin ikinci yarısında inflyasiyanın bir qədər yüksəlməsinin gözlənildiyi vurğulanıb.

İyulun 4-də ölkədə keçiriləcək ümumi seçkilərin bankın qərarına heç bir təsiri olmadığı və qərarın həmişə olduğu kimi 2-ci hədəfə çatmaq üçün zəruri hesab edilən məsələlər əsasında qəbul edildiyi xatırladılıb.

Qeyd edək ki, BoE-nin siyasət faizini sabit saxlamaq qərarı Avropa Mərkəzi Bankının (ECB) bu ayın əvvəlində faiz dərəcələrini azaltmağa başlamaq qərarından sonra verilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu