Çin Amerika silah istehsalçısına qarşı sanksiyalar tətbiq edib
Çin Amerikanın silah istehsalçısı "Lockheed Martin" şirkətinə qarşı sanksiyalar tətbiq edib.
Bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Məhdudiyyətlərə səbəb kimi Tayvana silah satışı göstərilib. Departamentin bəyanatında bildirilir ki, ABŞ-dan Çinin Tayvan bölgəsinə silah tədarükü “bir Çin” prinsipini və ölkələrin üç birgə bəyanatını ciddi şəkildə pozur. Çin Xarici İşlər Nazirliyi Amerika silahlarının ixracını respublikanın daxili işlərinə ciddi müdaxilə adlandırıb. Çin ABŞ-ın qərarlarına əks tədbir olaraq müxtəlif bölmələrə və "Lockheed Martin" şirkətinin yüksək rütbəli rəhbərliyinə qarşı sanksiyalar tətbiq edib.
Belə ki, "Lockheed Martin Missile System Integration Lab", "Lockheed Martin Advanced Technology Laboratories" və "Lockheed Martin Ventures" şirkətləri, həmçinin "Lockheed Martin"in baş direktoru Ceyms Taiklet, aş əməliyyat direktoru Frank Sent-John və maliyyə direktoru Cey Malave məhdudiyyətlərə məruz qalıb. Onların Çin ərazisindəki əmlakı dondurulacaq və ölkəyə girişi bağlanacaq.
Çin hakimiyyətinin gördüyü tədbirlər iyunun 21-dən qüvvəyə minir.