ABŞ-da genişlənən istilik qübbəsi səbəbindən 100 milyon insan həddindən artıq istilərlə mübarizə aparır


ABŞ-da genişlənən istilik qübbəsi səbəbindən 27 ştatda təxminən 100 milyon insanın həddindən artıq isti havanın təsiri altında olduğu bildirilir.



Avstraliyanın ABC telekanalı xəbər verir ki, yüksək təzyiq sisteminin uzun müddət eyni ərazidə asılması və altında isti havanın tutulması nəticəsində yaranan istilik qübbəsinin genişlənməsi ekstremal temperaturlara səbəb olur.

Genişlənən istilik qübbəsi səbəbindən ABŞ-ın ən sıx məskunlaşdığı Nyu York və Los Anceles də daxil olmaqla 27 ştatdan təxminən 100 milyon insan həddindən artıq isti dalğalarına məruz qalır.

Bildirilib ki, Nyu-Yorkda temperatur 35,5 dərəcəni keçə bilər ki, bu da 136 illik rekorddur. Qeyd edilib ki, ölkənin qərbində yerləşən Vaşinqton ştatında havanın temperaturu 2012-ci ildən bəri ilk dəfə iyun ayında 37,7 dərəcəyə çatıb.

ABŞ-ın qərbindəki Kaliforniya, Nevada, Arizona və Yuta ştatlarında temperaturun 37,7 dərəcəni keçəcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu